Qədim Azərbaycanın təbiəti, sərvətləri, xalqları, ümumiyyətlə, coğrafiyası haqqında Herodotun, Strabonun, Plininin, Plutarxın, Ptolomeyin əsərlərində geniş məlumatlar vardır. XIV əsrin axırı – XV əsrin birinci yarısında yaşamış Azərbaycan coğrafiyaçısı və tarixçisi Əbdürrəşid Bakuvinin coğrafiyaya dair fikirləri maraq doğurur. O, 1404-cü ildə yazdığı “Abidələrin xülasəsi və qüdrətli hökmdarın möcüzələri” adlı əsərində Bakının neft quyuları haqqında zəngin məlumat verir. Bakuvi Yer kürəsini yeddi iqlimə bölmüş, hər iqlimdə yerləşən ölkələr, şəhərlər, dənizlər, adalar haqqında məlumat vermişdir. Bakuvi Azərbaycanı 4-cü və 5-ci iqlimə daxil edir. Hacı Zeynalabdin Şirvani (1780-1837) ömrünün 40 ilini səyahətdə keçirmişdir. Yazdığı “Cənnət bağı səyahətləri” , “Səyahət bağı” əsərlərində Azərbaycan, Mərkəzi Asiya, Yaxın Şərq ölkələrinin coğrafiyası, etnoqrafiyası, görkəmli şəxsləri, abidələri haqqında qiymətli məlumatlar vermişdir. Onun coğrafi adların mənş...